İlham Əliyev İsrail prezidentinə və xalqına başsağlığı verdi
28.09.2016 16:30 Siyasi reaksiya 1092
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı verib.
Virtualaz.org-un məlumatına görə, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Şərhlər