Rusiya İŞİD – dən zərərçəkmişlər üçün qaynar xətt yaradıb

22.07.2015 03:24     Siyasi reaksiya     2025

Rusiyada İŞİD - ə qoşulan Rusiya vətəndaşlarının ailələrinə dəstək olmaq məqsədi ilə qaynar xətt yaradılıb.

Rusiya Dövlət Dumasında, Duma sədri Sergey Narışkinin sədrliyi ilə İŞİD –lə mübarizə mövzusunda yığıncaq təşkil edilib. Narışkin, bütün ölkələrə İŞİD və buna bənzər təşkilatlarla daha sıx mübarizə aparmaqla bağlı müraciət edib.

Duma sədri adında "İslam Dövləti" sözləri olmasına baxmayaraq, təşkilatın İslamla heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Son günlərdə təşkilata qoşulanların sayında artım müşahidə edildiyini bildirən Narışkin Rusiyadan olan döyüşçülərin sayının da artdığını qeyd edib.

 

24 saat xidmət

 

Rus Sülh Fondunun sədr müavini Yelena Sutormina isə yığıncaqda etdiyi çıxışda İŞİD - ə qoşulan döyüşçülərin ailələrinə dəstək olmaq məqsədi ilə qaynar xəttin yaradıldığını bildirib.

Xəttə həm anonim, həm də ad verilərək zəng vurmağın mümkün olduğunu bildirən Sutormina zəng vuranlara həm psixoloji dəstək veriləcəyini, həm də təşkilata qoşulan qohumlarının tapılmasında dəstək olacaqlarını da sözlərinə əlavə edib

Təxminən 10 mütəxəssisin telefonlara cavab verəcəyi qaynar xəttin 24 saat aktiv xidmət verəcəyi qeyd olunub.

Şərhlər

Çox oxunanlar