Erməni təxribatının qarşısı alındı
30.09.2016 00:28 Siyasi reaksiya 1175
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın əməkdaşları tərəfindən Vikipediyanın ingilis dilində olan bölməsində Bakı haqqında məqalədə baş verən təxribatın qarşısı alınıb. Modern.az saytı xəbər verir ki, məqalədə Bakının tarixi, mədəniyyəti və ictimai həyatı ilə bağlı ümumi məlumatlar verilib. Məqalənin Bakıda yaşamış görkəmli şəxslər bölməsində (Notable residents) 10 şəxsin təsviri var idi. Məqalənin ilkin formasında qərəzli şəkildə ancaq ermənilər göstərilmişdir. Edilən müdaxilə nəticəsində bu əlavələr ləğv edilib və məqalənin əvvəlki forması bərpa olunub.
Qeyd etmək lazımdır ki, Azərbaycanın tarixi,mədəniyyəti və ictimai həyatı ilə bağlı olan məqalələr gündəlik şəkildə Ermənistandan olan istifadəçilərin qərəzli müdaxilələrinə məruz qalmaqdadır.
Şərhlər