Milli Məclis TANAP-la bağlı memorandumu təsdiq etdi
30.09.2016 14:58 Siyasi reaksiya 1110
Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Transanadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, məsələ ilə bağlı Milli Məclisin vitse-spikeri Valeh Ələsgrov bildirib ki, Türkiyə tərəfi memorandumu zəruri dövlət prosedurlarından keçirib və təsdiq edib.
V.Ələsgərov vurğulayıb ki, memorandumun Azərbaycan tərəfindən də təsdiq edilməsi TANAP layihəsinə çox dəyərli bir dəstək olacaq.
Anlaşma Memorandumu Milli Məclis tərəfindən təsdiq olunub.
Şərhlər