Azay Quliyev Makedoniyanın Xarici İşlər Naziri ilə görüşüb
01.10.2016 19:02 Siyasi reaksiya 1045
Azay Quliyev Makedoniya Respublikasının Baş nazirinin müavini, Xarici İşlər Naziri Nikola Popeski ilə görüşüb. Bu haqda Makedoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, görüş ATƏT PA-nın Makedoniyanın paytaxtı Skopyedə keçirilən payız Sessiyasın çərçivəsində baş tutub.
Görüşdə Makedoniyada yaxın günlərdə baş tutacaq seçkilərin ədalətli və demoratik keçirilməsindən, ATƏT PA, ATƏT DTİHB-in və digər beynəlxalq təşkilatların ciddi monitorinqinə ehtiyacdan və digər həlli vacib məsələlərdən danışılıb.
Qeyd edək ki, ATƏT PA vitse prezidenti Azay Quliyev Makedoniyada keçiriləcək seçkilərdə ATƏT PA müşahidə missiyasının rəhbəridir. 7news.Az
Reaksiya.az
Şərhlər