Lavrov və Kerri Hələb və Şimali Koreya problemini müzakirə ediblər
02.10.2016 16:00 Siyasi reaksiya 1111
Şənbə günü Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında daha bir telefon söhbəti olub. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Məlumata görə, telefon danışığı zamanı Hələbdəki son vəziyyət, məsələnin həlli yolları, eləcə də Şimali Koreya problemi üzrə BMT TŞ-nin işi ətrafında söhbət aparılıb.
Şərhlər