Ərdoğanla Putin sabah Yaxın Şərqin taleyini həll edəcək

09.10.2016 23:49     Siyasi reaksiya     1088

Türkiyə və Rusiyanın daha çox təşəbbüslə çıxış edəcəyi bir ərəfədəyik.

Axar.az xəbər verir ki, bunu Beynəxalq Enerji İqtisadiyyatı Birliyinin sədri Gürkan Kumbaroğlu deyib.

O bildirib ki, hər iki liderin qəbul edəcəyi qərarlar 3 qitədə yerləşən 20-yə yaxın dövlətə təsir edəcək: “Bu müzakirələrin xüsusilə Yaxın Şərqin taleyini həll edəcəyinə şübhəm yoxdur. Bu gün Ərdoğan-Putin görüşünün sadəcə hərbi və iqtisad sahə ilə məhdudlaşdığını desək, bu müzakirələrin imicinə ciddi xələl yetirmiş olarıq”.

Qeyd edək ki, tərəflər arasında görüş sabah İstanbulda baş tutacaq.

 

Reaksiya.az

Şərhlər