Donald Tusk Bakıda İlham Əliyevlə görüşdü

22.07.2015 15:37     Siyasi reaksiya     2099

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransı olub

 

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iyulun 22-də rəsmi qarşılanma mərasimi olub.

Reaksiya.az xəbər verir ki, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Avropa İttifaqı Şurasının prezidentinə raport verib.

Avropa İttifaqının və Azərbaycanın himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Donald Tuska, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.

İyulun 22-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra rəsmilərin təkbətək görüşü olub.

Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransı olub.

Dövlətimizin başçısı İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk əvvəlcə bəyanatlarla çıxış ediblər.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Şərhlər

Çox oxunanlar