Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıya gəlib

10.10.2016 23:06     Siyasi reaksiya     997

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoral Bakıya gəlib.

Səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra diplomatik fəaliyyətə başlayacaq.

E.Özoral bu postda fəaliyyətini Türkiyə Xarici İşlər Nazirliyində davam etdirəcək İsmayıl Alper Coşqunu əvəz edəcək.

Xatırladaq ki, E.Özoral buna qədər Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın müavini qismində Bakıda çalışıb. (“Report”) 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar