İŞİD-in "informasiya naziri" öldürüldü
11.10.2016 09:48 Siyasi reaksiya 1102
İŞİD qruplaşması ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın Rakka şəhərinə endirdiyi hava zərbəsi nəticəsində liderlərindən birinin öldürüldüyünü təsdiqləyib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sentyabr ayında bombardman zamanı ölən Salman əl-Fayad (o, həmçinin doktor Vail kimi tanınırdı) İŞİD qruplaşmasının “informasiya naziri” sayılırdı.
Sentyabrın 7-də Pentaqonun nümayəndəsi Piter Kuk Suriya ərazisində endirilən hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən birinin məhv edildiyini bəyan edib: “İŞİD-in “informasiya naziri” hesab edilən Salman əl-Fayad Rakka şəhəri yaxınlığında məhv edilib”.
Şərhlər