Nazarbayev Bakıya gəlir

11.10.2016 11:47     Siyasi reaksiya     1267

Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 14-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İclasda Qazaxıstan prezidenti ilə yanaşı, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistan dövlət başçılarının da iştirakı planlaşdırılır.

Xatırladaq ki, oktyabrın 12-də N.Nazarbayev Azərbaycana rəsmi səfərə gələcək.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar