Altı seçki məntəqəsində seçki komissiyaları buraxılıb

12.10.2016 00:22     Siyasi reaksiya     889

Mərkəzi Seçki Komissiyası 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 6 seçki məntəqəsində seçki komissiyalarını buraxıb.

Səsvermənin təşkilində yol verilmiş nöqsanlara görə 11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlilabad kənd Seçki Dairəsi 2 saylı seçki məntəqəsi, 64 saylı Sabirabad İkinci Seçki Dairəsinin 35 saylı seçki məntəqəsi, 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 21 saylı seçki məntəqəsi və 19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsinin seçki komissiyaları buraxılıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar