Xəstəlik prezidentin qrafikini pozdu
12.10.2016 12:56 Siyasi reaksiya 1179
Oktyabrın 12-də Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay dövlət başçısının səhhəti ilə bağlı açıqlama verib.
Novator.az-ın məlumatına görə, mətbuat katibi bəyan edib ki, Nursultan Nazarbayev soyuqlayıb və hazırda müalicə olunur: “Xəstəlik səbəbindən bu həftənin sonunadək dövlət başçısının beynəlxalq tədbirlərdə iştirakı mümkün olmayacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının oktyabrın 14-ü İrəvanda keçiriləcək sammitinə Qazaxıstanın baş naziri qatılacaq”.
Aydos Ukibayın sözlərinə görə, sonradan prezident adi qrafik üzrə işləyəcək.
Oktyabrın 12-də Nursultan Nazarbayev Azərbaycana səfər etməli idi.
Novator.az bildirir ki, Nursultan Nazarbayev 1940-cı il iyulun 6-da Almatı vilayətində doğulub. Karaqanda Dövlət Sənaye Universitetini bitirib. Uzun illər metallurgiya sahəsində, komsomol və partiya orqanlarında çalışıb.
1979-cu ildən ali dövlət vəzifələri tutur. Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Nazirlər Sovetinin sədri olub.
1989-cu il iyunun 22-də Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1990-cı ildən eyni zamanda Qazaxıstan SSR Ali Sovetinin sədri postunu tutub. 1990-cı ildən prezidentdir.
Şərhlər