Tusk Şəhidlər Xiyabanını ziyarət etdi

22.07.2015 16:06     Siyasi reaksiya     774

 

Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 22-də Şəhidlər Xiyabanını ziyarət edib.

Reaksiya.az xəbər verir ki, Şəhidlər Xiyabanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Donald Tusk “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Avropa İttifaqının himni və Azərbaycanın dövlət himni səslənib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən hörmətli qonağa Şəhidlər Xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Şərhlər

Çox oxunanlar