Qənirə Paşayeva: "Terrorla mübarizədə hər zaman Türkiyənin yanındayıq" - FOTOLAR

12.10.2016 22:44     Siyasi reaksiya     1230

Millət vəkili Qənirə Paşayeva AŞPA-da çıxışından sonra millət vəkillərinin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna Türkiyənin İŞİD-ə qarşı apardığı mübarizə çərçivəsində Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fırat Kalkanı” əməliyyatları, onun hədəfləri və əldə olunan nəticələrlə bağlı sual ünvanlayıb. 
 
Mövlud Çavuşoğlu sualın cavabında AŞPA millət vəkillərinə “Fırat Kalkanı” əməliyyatı ilə bağlı geniş məlumat verib, onun hədəflərindən, əldə olunan nəticələr barədə geniş məlumatlar verib. O, bildirib ki, Türkiyə terörla mübarizədə Avropa ölkələrindən daha böyük dəstək gözləyir çünki həyata keçirilən əməliyyatlar sadəcə Türkiyənin deyil, bölgənin, Avropanın və dünyanın təhlükəsizliyi üçün çox vacib və önəmlidir. Millət vəkili Q.Paşayeva isə xarici İşlər naziri Mövlud Çavuşoğluna sualla müraciətinin sonunda "terrörla mübarizədə hər zaman Türkiyənin yanındayıq, bunu türk xalqına söyləyin" deyib.
 
 

Şərhlər

Çox oxunanlar