Azay Quliyev Monteneqronun Prezidenti ilə görüşüb

13.10.2016 22:51     Siyasi reaksiya     1172

Monteneqronun Prezidenti Filip Vuyanoviç Podqoriça şəhərində ATƏT PA Monteneqroda keçiriləcək parlament seçkilərinin müşahidə missiyasının rəhbəri, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev və ATƏT-in xüsusi əlaqələndiricisi Marqareta Sederfeltlə  görüşüb. Modern.az saytı xəbər verir ki, bu barədə Prezident Vuyanoviç Adminstrasiyasının mətbuat xidməti və rəsmi saytı məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, görüşdə Prezident Vuyanoviç ATƏT PA rəsmilərini Monteneqroda keçiriləcək seçkilərin azad, ədalətli və demokratik standartlara cavab verən səviyyədə keçiriləcəyini əmin edib. Bu məqsədlə Prezidnet Vuyanoviç bildirib ki, beynəlxalq müşahidəçilərin, ATƏT PA rəsmilərinin və müşahidə missiyasının, habelə yerli müşahidəçilərin iştirakından  məmnundur və xüsusilə missiyanın fəaliyyətinə böyük dəyər verir.

 

“ATƏT PA-nın təmsilçiləri öz növbəsində deyiblər ki,  missiyanın əsas məqsədi mövcud mandat çərçivəsində fəaliyyət göstərməkdir və ümid edirlər ki,  seçkidə iştirak edən tərəflər xoş və qarşılıqlı hörmətə söykənən münasibət sərgiləyəcəklər”- deyə xəbərdə bildirilir.

 

Qeyd edək ki, Monteneqroda Parlament seçkiləri 16 oktyabrda baş tutacaq və ATƏT PA vitse- prezidenti Azay Quliyev seçkiləri müşahidə missiyasının rəhbəri kimi bu ölkədə səfərdədir. Azay Quliyev seçkilərdən bir gün sonra- 17 oktyabrda seçki ilə bağlı Parlament Assamblyesının  ilkin rəyini mətbuata açıqlayacaq.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar