Merkel qərar verdi: Putinsiz toplantı
14.10.2016 15:14 Siyasi reaksiya 1088
Ukrayna Prezidenti Pyotr Poroşenko və Almaniya Federativ Respublikasının kansleri Angela Merkel Normand dördlüyü nün keçirilməsi haqda qərar verib.
Axar.az xəbər verir ki, bu haqda məlumat Ukrayna prezidentinin rəsmi saytında yer alıb.
Bildirilir ki, Merkellə Poroşenko Rusiya Prezidenti Vladimir Putin olmadan – Fransa Prezidenti Fransua Ollandın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi haqda razılığına gəlib.
Xatırladaq ki, daha öncə Merkelin Normand dördlüyü üzvlərini oktyabr ayının 19-da şam yeməyinə dəvət edəcəyi gözlənilsə də, bu baş tutmayıb.
Şərhlər