Amerikalı ekspert:“Rusiya hesab edir ki, Türkiyə Qarabağ münaqişəsinin həllinə kömək edə bilər”

14.10.2016 22:59     Siyasi reaksiya     1257

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilməsi ilə bağlı fikirləri tərəflərin münasibətlərin yeni səviyyəsinə çıxmasından xəbər verir.
 
Bu barədə “Trend”ə siyasi analitik, Vaşinqtonda "Gulf State Analytics"in baş məsləhətçisi Teodor Karasik deyib.
 
Onun sözlərinə görə, bu yaxınlarda Türkiyə və Rusiya rəhbərlərinin görüşündə nəinki İŞİD-lə mübarizə yolları və Suriya böhranı müzakirə olundu, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı:
 
"Azərbaycanın energetika sahəsində əməkdaşlıq və infrastruktur layihələri məsələlərində Türkiyəyə etibar etdiyini nəzərə alaraq, Rusiya hesab edir ki, Türkiyə münaqişənin həllinə kömək edə bilər".
 
 

Şərhlər

Çox oxunanlar