Klintonun Çin planı: ABŞ Pekini mühasirəyə alır

14.10.2016 23:11     Siyasi reaksiya     1083

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hilari Klinton Çini raketdən müdafiə sistemləri ilə mühasirəyə almaq istəyir.
 
Axar.az xəbər verir ki, bu sözlər “Vikiliks” saytının Klintona aid yaydığı sənədlər sırasında yer alıb. Klinton belə bir addımı Pekinin Şimali Koreyaya qarşı effektiv tədbirlər görməkdən imtina edəcəyi halda atmağı planlaşdırır:
 
“Əgər Şimali Koreya ballistik raketlər əldə etsə, bu, təkcə ABŞ-ın Sakit okeandakı müttəfiqlərini təhdid altına almayacaq, bu sıraya Havay adaları və ABŞ-ın qərb sahilləri də daxil olacaq. Belə olan halda ya Çin onlara nəzarət edəcək, ya da biz onlardan qorunmaq üçün addımlar atacağıq”.
 
Qeyd edək ki, “Vikiliks”in iddiasına görə, Klinton bu çıxışını 2013-cü ildə edib.
 
 

Şərhlər

Çox oxunanlar