İlham Əliyevin adından Tuskun şərəfinə rəsmi nahar verildi

22.07.2015 17:53     Siyasi reaksiya     745

 

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun şərəfinə rəsmi nahar verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bu gün rəsmi qarşılanma mərasimi olub. Qarşılanma mərasimindən sonra hər iki rəsminin iştirakı ilə geniş tərkibdə görüş olub. Sonra liderlər təkbətək görüşüb.

Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransı olub.

Şərhlər

Çox oxunanlar