Donald Tuskun Azərbaycana səfəri başa çatdı
22.07.2015 22:11 Siyasi reaksiya 761
Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana rəsmi səfəri iyulun 22-də başa çatıb.
Reaksiya.az xəbər verir ki, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
D.Tusku Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Belçika Krallığındakı səfiri, Avropa İttifaqı yanında daimi nümayəndəliyin rəhbəri Fuad İsgəndərov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard yola salıblar.
Şərhlər