BMT: Beynəlxalq ictimaiyyət məcburi köçkünlərə kifayət qədər səmərəli yardım göstərmir
25.10.2016 12:06 Siyasi reaksiya 1014
Beynəlxalq ictimaiyyət dünyada mövcud olan 60 milyon məcburi köçkünə kifayət qədər səmərəli yardım göstərmir. Onlardan 40 milyonu silahlı münaqişələrdən qaçıb, 25 milyon nəfər isə təbii fəlakətlər nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb.
"Report" BMT-nin xəbər mərkəzinə istinadən xəbər verir ki, bu barədə fövqəladə yardım koordinatorunun müavini Kan Qyun Va BMT-nin mənzil-qərargahında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, məsələyə sosial-iqtisadi inkişaf sahəsində uzunmüddətli problem kimi baxmaq lazımdır.
BMT-nin xanım nümayəndəsi vurğulayıb ki, gələn il Humanitar Məsələlərin Koordinasiya İdarəsinin ekspertləri dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin inteqrasiyası üzrə uğurlu təcrübənin öyrənilməsinə başlayacaq.
Şərhlər