Millət vəkili Qarabağla bağlı çağırış etdi. - FOTOLAR

02.11.2016 17:43     Siyasi reaksiya     1391

Reaksiya az xəbər verir ki,millət vəkili Q.Paşayeva Kahramanmaraşda III Beynəlxalq Kitab və Mədəniyyət Fuarının açılışında çıxış edərək bu gün birlik, bir-birimizə daha çox sahiblənmə, dəstək olmaq zamanıdır deyib.

 

III Beynəlxalq Kitab və Mədəniyyət Fuarının açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən geniş danışııb. Türkiyənin bir sıra rəsmi şəxsləri, millət vəkilləri, ziyalıları, KİV nümayəndələri, Türk və Müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış şair, yazar, aydınların, ictimai fəalların qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva Azərbaycanda və Türkiyədə şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq deyərək sözlərinə başlayıb və Türk dünyası aydınlarına, şair, yazar və KİV-lərinə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını Azərbaycanın və Türkiyənin yanında olmağa çağırıb.  Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin,  aydınlar, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb.  Millət vəkili Qənirə Paşayeva çıxışında “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil” deyib.  Fuar çərçivəsində millət vəkili Q.Paşayevanın "Allah seven kalplerdedir" kitabının imzalanma mərasimi də olub. Böyük maraqla qarşılanan imza mərasimi zamanı millət vəkili Qənirə Paşayeva Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Hüseyn Yaymana, Kahramanmaraş bələdiyyə başqanı və valisi ilə yanaşı, imzalanma mərasiminə qatılan bütün insanlar üçün kitablarını imzalayıb və kitablarına göstərilən diqqət üçün təşəkkürünü bildirib

Şərhlər

Çox oxunanlar