Ərdoğan Obama ilə telefonla danışdı

23.07.2015 10:17     Siyasi reaksiya     775

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam ABŞ Prezidenti Barak Obama ilə telefonla danışıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

Yayılan açıqlamada deyilir:

“Ərdoğanla ABŞ Prezidenti Barak Obama arasında telefon söhbəti olub. İki lider görüşdə İŞİD-ə qarşı mübarizədə hələ də davam edən əməkdaşlığın gücləndirilməsini, İraqda təhlükəsizlik və sabitliyin təmin edilməsini, Suriyadakı qarşıdurmaya siyasi bir çözüm tapılmasını  müzakirə ediblər.

20 iyulda Suruçdakı terror hücumunu, həmçinin PKK tərəfindən həyata keçirilən terror hücumlarında bir əsgər və iki polisin öldürülməsini pisləyən Prezident Obama həyatlarını itirənlərin ailələrinə Amerika xalqı adından başsağlığı verib.

Prezident Obama Türkiyənin milli təhlükəsizliyinə ABŞ-ın böyük əhəmiyyət verdiyini təsdiq edib.

Hər iki Prezident bütün məsələlərlə bağlı ölkə rəsmilərinin görüşlərinin vacibliyini vurğulayıb”.

Şərhlər

Çox oxunanlar