Obama ata ocağına gedir

23.07.2015 10:28     Siyasi reaksiya     945

 

Atasının vətəni olan Keniya ilə Efiopiyada rəsmi səfərdə olacaq Obama vəzifə başında bu ölkələrə gedən ilk ABŞ Prezidenti olacaq.

 Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “haberturk” yayıb.

Məlumatda deyilir ki, Obama səfəri çərçivəsində Afrika Birliyinə müraciət edəcək.

Obamanın Afrika səfəri sabah Keniya ilə başlayacaq. Burada ABŞ və Keniyanın birgə ev sahibliyində 6-cı Qlobal Sahibkarlıq Sammitinin açılışını edəcək Obama Keniya dövlət başçısı Uhuru Kenyatta ilə ikitərəfli görüş keçirəcək və birgə mətbuat konfransında çıxış edəcəklər.

Obama daha sonra Efiopiyaya keçəcək. Bu ölkədə də Efiopiyanın baş naziri Hailemariam Desalegn ilə bir araya gələn Obama çərşənbə axşamı günü Afrika İttifaqında danışacaq.

Vəzifəsi boyunca Afrikaya 4 dəfə səyahət edən Obama bu qitəyə ən çox səfər edən ABŞ Prezidenti kimi tarixə düşəcək.

Qeyd edək ki, Obama ata yurdu olan Keniyada bəzi ailə üzvləri ilə də bir araya gələcək.

 Bu faktı Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Susan Rays təsdiq edib.

Ancaq Rays Obamanın qohumlarının yaşadığı şəhərə səfər etməyəcəyini bildirib. 

Şərhlər

Çox oxunanlar