İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul etdi
23.07.2015 11:00 Siyasi reaksiya 770
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki (ABŞ), İqor Popovu (Rusiya), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Reaksiya.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Şərhlər