BAMF sədri Türkiyədən gələn rəsmi ilə görüşüb - FOTOLAR

23.07.2015 16:50     Siyasi reaksiya     2690

Türkcə Danışan Ölkələr Beynəlxalq Qəzeticilər Dərnəyinin sədri Güngör Yavuzaslan BAMF-ın baş ofisində Umud Rəhimoğlu, Lutful Kabir, Ramil Əzizov ilə görüşüb.

Millət vəkili Qənirə xanım Paşayevanın dəvəti ilə Azərbaycana ilk dəfə səfər edən G.Yavuzaslan Azərbaycanın güclənməsini onu sevindirdiyini bildirib. Görüş zamanı Qarabağ həqiqətlərinin bütün türk dünyasında tanıdılması istiqamətində birgə fəaliyyət istiqamətləri, ortaq dəyərlərin paylaşılması, mətbuat nümayəndələrininmünaqişə bölgələrinə qarşılıqlı səfərlərinin təşkilinə dair müzakirələr aparılıb. Görüş zamanı, İraq, Suriya və digər münaqişə bölgələrində məskunlaşmış türklərin problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, mədəni-kultroloji, humanitar əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edən G. Yavuzaslan erməni yalanlarının ifşa olunması, münaqişə bölgələrindən olan insanların hüquqlarının pozulamsına dair birgə hesabatların hazırlanması, Qarabağ münaqişəsinə dair ətraflı bilgiləndirilmələrinə dair Türk dünyasından yazan yazarların daha tez-tez qarşılıqlı əlaqədə olmalarının vacibliyini qeyd edib. Umud Rəhimoğlu Qafqaz regionundan, Orta Şərqdən yazan jurnalistlərin bir arada toplanması, münaqişə bölgələrinə səfərlərin təşkili, obyektiv informasiyanın toplanması istiqamətində əməkdaşlıq imkanlarının daha geniş beynəlxalq kontekstdə qurulması üçün tədbirlərin keçirilməsini və müxtəlif dillərdə hazırlanmış məlumatların dünya mediasına çıxarılmasına zərurət olduğunu bildirib. Görüşün sonunda Türk dünyasından yazan yazarların Bakı konqresinin keçirilməsi istiqamətində tədbirlərin gücləndirilməsi qərarlaşdırılıb.

Şərhlər

Çox oxunanlar