Türkiyə qırıcıları İŞİD-ə hücum etdi - VİDEO
24.07.2015 10:38 Siyasi reaksiya 4538
Diyarbəkirdən havaya qalxan Türkiyənin F-16 qırıcıları Kilisin Sevə kəndi qarşısında yerləşən Suriyanın Havar kəndindəki İŞİD hədəflərini bombalayıb.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “haberler” saytı yayıb.
Məlumata görə, sərhədin yaxınlığında yerləşən İŞİD mövqelərinə də hücumlar həyata keçirilib.
Təyyarələrin atdığı bombaların səsləri Kilisdə eşidilib. Əməliyyatın dünən şəhid olan türk hərbçisi Yalçın Nanəyə görə başladığı deyilir.
Həmin olayda İŞİD yaraqlıları da öldürülmüşdü. 5-ci Zirehli Briqadadan 4 tank isə İŞİD hədəflərini vurmuşdu.
Bütün bu proseslərin ardından Türk Silahlı Qüvvələrinə aid 4 ədəd F-16 gecə saatlarında havaya qalxıb və İŞİD mövqelərinə raket atıb.
Bombalama zamanı İŞİD-in yüksək rəhbərlərinin iclası keçirilirmiş. Bu səbəbdən də təxminən 35-ə yaxın İŞİD yaraqlısı öldürülüb. Digər tərəfdən İŞİD-ə aid 3 tank və 3 hərbi texnika da bombalama nəticəsində istifadəyə yararsız hala düşüb.
Şərhlər