Şamanov: “Ermənistanla vahid ordu Azərbaycana qarşı deyil”

05.12.2016 16:38     Siyasi reaksiya     1368

Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana qarşı deyil və ola da bilməz.

Bunu APA-ya açıqlamasında Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri, Rusiya Hava Desant Qüvvələrinin keçmiş komandanı Vladimir Şamanov deyib.
 
O bildirib ki, birləşmiş qoşun qruplaşmasının yaradılması sırf müdafiə məqsədi daşıyır:
 
“Bu, Rusiyanın cənub sərhədlərini qorumaq üçün yaradılıb. Sovet İttifaqı dövründə Bakı Hava Hücumundan Müdafiə Dairəsi vardı və SSRİ-nin cənub sərhədlərini qoruyurdu. Ermənistan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqidir. Ona görə də Rusiya bu ölkə ilə hava hücumundan müdafiə sistemini birləşdirib”.
 
Ehtiyatda olan general-polkovnik Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yalnız hava hücumundan müdafiə qoşunlarından ibarət olduğunu da bildirib:
 
“Burada söhbət quru qoşunlarından deyil, hava hücumundan müdafiə qoşunlarından gedir. Bu saziş sırf müdafiə xarakteri daşıyır. Ona görə də Rusiya Dövlət Duması və Müdafiə Komitəsi tərəfindən dəstəklənib. Bu, heç bir halda bizim qardaş ölkə Azərbaycana qarşı ola bilməz”.

Şərhlər

Çox oxunanlar