Elmar Məmmədyarov macarıstanlı həmkarı ilə görüşdü
07.12.2016 16:23 Siyasi reaksiya 1338
Xarici işlər naziri Elmar Məmmədyarov NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirləri iclasında iştirak etmək məqsədilə NATO-nun mənzil-qərargahına səfər edib.
Bu barədə musavat.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı Elmar Məmmədyarov Macarıstanın xarici işlər naziri Peter Szijjártó ilə görüşüb.
Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
Nazirlər iki ölkə arasında əlaqələrin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Macarıstanın Bakıdakı Səfirliyinin gələn ildən etibarən NATO-nun Azərbaycandakı Əlaqələndirici Səfirliyi kimi fəaliyyətinə dair fikir mübadiləsi apardılar.
Macarıstanın Bakıdakı Səfirliyi 2017-ci ilin yanvar ayından etibarən Rumıniyanın səfirliyini əvəzləyərək NATO-nun Azərbaycan Respublikasında əlaqələndirici səfiriyi kimi fəaliyyət göstərəcəkdir.
Şərhlər