Partiya lideri Ayaz Mütəllibovun esk-prezident statusunun və güzəştlərinin ləğv edilməsinə çağırdı

10.12.2016 15:33     Siyasi reaksiya     1378

“Mən prezident İlham Əliyevə müraciət edirəm və Ayaz Mütəllibovu müstəqil Azərbaycanın esk-prezidenti kimi bütün güzəştlərdən məhrum etməyə çağırıram. Haqqin.az portalına müsahibəsində o nümayiş etdirdi ki, fəxri güzəştlərə layiq deyil”, - Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məktubunda belə deyilir. Məktubun surəti redaksiyamıza göndərilib.

Partiya sədrinin məktubunda deyilir ki, “Ayaz Mütəllibov: “Mən qəti şəkildə SSRİ-nin dağılmasının əleyhinə idim” məqaləsində Azərbaycanın keçmiş prezidenti SSRİ-nin dağılması barədə böyük təəssüf hissi ilə danışır. “İmperiyanın dağılmasını tarixi səhv adlandırmaqla, Mütəllibov Qorbaçovun və Yeltsinin ünvanına ittihamlar səsləndirir. Keçmiş kommunist prezident SSRİ-nin dağılmasını faciə kimi qiymətləndirir və bildirir ki, totalitar imperiyanın qorunub saxlanması üçün təşəbbüslərlə çıxış edib və onun dağılmasının səbəblərindən biri kimi SSRİ-nin yaradılması haqqında müqaviləyə xitam verilmiş Belovejye müqaviləsi imzalanarkən danışıqlarda iştirak etməməsini göstərib.

Ayaz Mütəllibov süveren və müstəqil Azərbaycan Respublikasının hesabına yaşayır, lakin utanıb çəkinmədən ölkəmizin dövlət müstəqilliyinə nifrətini nümayiş etdirir”, - məktubunda Əli Əliyev hiddətini bildirir.

“Hansı Mütəllibova inanaq? Azərbaycanın müstəqilliyi Aktına imza atmış və M.Ə.Rəsulzadə dövlətini bərpa etmiş, ermənilərlə prinsipial mübarizə aparan Mütəllibova, yoxsa 1990-cı ildə şəhidlərin qanı üzərində hakimiyyətə gəlmiş, 1991-ci ildə SSRİ-ni qorumağa çalışaraq referendum təşkil etmiş, sonradan isə biabırcasına Moskvaya qaçmış və 25 il sonra müsahibəsində Azərbaycanın müstəqilliyinə təəssüf hissi keçirən Mütəllibova?”, - partiya sədri sual verir.

“Mən prezident İlham Əliyevə müraciət edirəm və Ayaz Mütəllibovu müstəqil Azərbaycanın bütün güzəştlıərindən məhrum etməyə çağırıram. SSRİ-nin varisi Rusiya Federasiyasıdır. Qoy, Ayaz Mütəllibov Putindən xahiş etsin ki, ona müvafiq güzəştləri versin. Belə siyasətçiləri çox vaxt flüger adlandırırlar”, - Əli Əliyev məktubunda qeyd edir.

Şərhlər

Çox oxunanlar