İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

15.12.2016 12:19     Siyasi reaksiya     1037

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Reaksiya.az-ın məlumatına görə,

görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Şərhlər

Çox oxunanlar