Dağlıq Qarabağ münaqişəsi ATƏT PA-nın qış sessiyasında müzakirə olunacaq

16.12.2016 13:27     Siyasi reaksiya     1141

ATƏT-in Parlament Assambleyasının (PA) fevral ayında keçiriləcək qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə olunacaq.

Bunu Trend-ə Mlli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, qış sessiyasında iştirak etmək məqsədi ilə Azərbaycan nümayəndə heyəti gələn il fevral ayının 2-ci ongünlüyündə Avstriyanın Vyana şəhərinə səfər edəcək:

“Gündəliyə daxil edilib-edilməməsindən asılı olmayaraq, Dağlıq Qarabağ problemi birmənalı şəkildə müzakirə predmeti olur. Sessiyada ilk növbədə Azərbaycan nümayəndələri, eyni zamanda digər parlamentarilər bu məsələni qaldırırlar və münaqişənin ədalətli yolla həll edilməsinin vacibliyini iştirakçılara çatdırırlar. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi yenə də gündəlikdə olacaq”.

Şərhlər

Çox oxunanlar