Roqozin Bakıda: Ermənistana verilən silahlarla bağlı İlham Əliyevə hesabat verəcək
16.12.2016 14:26 Siyasi reaksiya 1594
Rusiyalı rəsmi, Ermənistana verilən "İskəndər"lə bağlı danışıq aparmaq üçün Bakıya gəlib
Rusiya Baş nazirinin müavini Dmitri Roqozin, Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün Bakıya gəlib. Sputnik-in məlumatına görə, o, burada Azərbaycan prezidenti İlham Əliyevlə də görüşəcək və onunla Rusiya istehsalı olan silahların Azərbaycana çatdırılmasını müzakirə edəcək.
"Ъ" nəşrinin yazdığına görə, Roqozin cümə gününü Bakıda keçirəcək və bu müddət ərzində danışıqlar aparacaq. "RF-in müdafiə sənayesinin top-menecerinin sözlərinə görə, səfər zamanı ümumi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Gündəlikdə iki məsələ xüsusi yer tutur. Onlardan biri prezident İlham Əliyevlə görüş və silah ixracı ilə bağlı məsələlərdir. Görüşdə Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktorunun birinci müavini Andrey Boytsov da iştirak edəcək" — deyə qəzet yazıb. Qəzetin Hərbi-texniki əməkdaşlıq sistemində olan mənbəsinin verdiyi məlumata görə, "Rusiya nümayəndələri ilə danışıqlarda qoyulacaq əsas məsələ bu il Ermənistana verilən "İskəndər" əməliyyat-taktiki raket kompleksləri ilə bağlı olacaq". "Azərbaycanlı tərəfdaşlar bu hadisəni Dağlıq-Qarabağ problemi kontekstində mənfi qarşılayıblar" — deyə mənbə bildirib.
Şərhlər