Davudoğludan İŞİD açıqlaması - VİDEO

24.07.2015 15:54     Siyasi reaksiya     2093

 

“İŞİD-ə qarşı əməliyyata başlamışıq. Bir çoxları deyir ki, Türkiyə müharibəyə daxil olub, ancaq bu şayiədir. Rəsmi Ankara heç bir müharibə iştirakçısı deyil".

Reaksiya.az xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu jurnalistlərə müsahibəsində deyib.

Türkiyənin kritik bir durumda olduğunu vurğulayan Davudoğlu "Ətraf ölkələrin çoxunda dövlət quruluşu dağıdılıb, terror təşkilatlarının təzyiqləri altında olduqca xaotik bir dövr yaşanır. Bu isə bizim sərhədlərimizə də təsir edir. Türkiyə öz təhlükəsizliyini və demokratiyanı qorumaq məcburiyyətindədir. Ölkəmiz təkcə regionda deyil, dünyada ən güclü demokratiya daşıyıcısı olduğunu bir daha ortaya qoydu” sözlərini deyib.

 

 

Şərhlər

Çox oxunanlar