Səfir: Azərbaycan "İstanbul prosesi"ndə çox mühüm rol oynayır
19.12.2016 12:52 Siyasi reaksiya 1467
Əfqanıstan gələn il Bakıda keçiriləcək "Asiyanın ürəyi" nazirlər konfransının ideyasına görə Azərbaycana minnətdardır.
Bunu Trend-ə eksklüziv olaraq Əfqanıstanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Məhəmməd Tağı Xəlili deyib.
Onun sözlərinə görə, bu, Azərbaycanın İstanbul peosesində vacib rolunu bir daha vurğulayır, Bakı və Kabilin regionda sülh və sabitliyin bərpasını dəstəkləmələrini nümayiş etdirir.
Səfir deyib:
"Ölkələrimiz arasında əməkdaşlıq elə bir yüksək səviyyəyə çatıb ki, biz artıq regional məsələlərin həlli üçün birgə addımlar ata bilərik. Regional problemlərin həllində ümumi baxışlarımız var və bu problemlərin həlli üçün qüvvələrimizi birləşdiririk".
Onun sözlərinə görə, konfransın Bakıda keçirilməsi ikitərəfli münasibətlərin gələcəkdə daha da möhkəmlənməsində mühüm addım olacaq ki, bu da gələcəkdə regional və islam əməkdaşlığı üçün mühüm aspektdir.
Qeyd edək ki, "Asiyanın ürəyi" - İstanbul prosesi 2011-ci ildə regional məsələlərin müzakirəsi, xüsusən Əfqanıstanın qonşu ölkələrlə əməkdaşlığına dair məsələlərin müzakirəsi üçün platformanın təmin edilməsi məqsədilə yaradılıb.
Şərhlər