“Əməliyyatlarımız davam edəcək” – Ərdoğan - VİDEO

24.07.2015 17:55     Siyasi reaksiya     1431

"Dövlətimizin olduğu yerdə fərqli quruluşa izn vermərik. Bu baxımdan əməliyyatlarımız davam edəcək".

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün jurnalistlərə verdiyi müsahibəsi zamanı deyib.

Ərdoğan İŞİD-ə və PKK-ya edilən hücumlar barədə bəyanatlar verib.

Dünən gecə keçirilən əməliyyatların bundan sonra da davam edəcəyini vurğulayan Ərdoğan "Bu gecə qərarlı şəkildə ilk addımı atdıq. Ölkəmizin 16 vilayətində 300-ə yaxın ünvanda əməliyyatlar apardıq. Bu proseslə yanaşı çoxsaylı şübhəli saxlanılıb” sözlərini deyib.

"Əvvəla, mən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Əlbəttə, bu proses içərisində vətəndaşlarımızı rəhmətlə anıram. Əvvəla bir şeyi müəyyən etməkdə fayda görürəm. Bildiyiniz kimi, 13 illik hakimiyyət dövründə həmişə demokratik addım atmışıq. Və heç vaxt separatçı terror təşkilatı bu addımlarımıza müsbət münasibət göstərmədi. Yenə yol kəsmələr bizə mənfi təsir göstərir. Son həftələr hökumətimizin atdığı qətiyyətli addımlarla mövqeyimizi ortaya qoyduq. Bu mövzuda ABŞ Prezidenti Barak Obama ilə də görüşümüz oldu və dedik ki, İŞİD-lə mübarizədə biz də varıq. Bildirdik ki, İŞİD bir terror təşkilatıdır və belə bir təşkilata qarşı Türkiyə mübarizə aparacaq. Bu gecə isə ilk addım atdıq. Burada, əlbəttə hədəflər məlumdur, İŞİD, PKK, “DHKP-C” olsun, bizim üçün fərq etməz. Lap istər digər terror təşkilatları olsun, adları elə də önəm daşımır. Bunların hamısı terror təşkilatlarıdır. Bunların qarşısında dövlətimiz atılması lazım olan hər cür addımı atacaq. Bu, bir qətiyyətdir. Çünki dövlətimizin olduğu yerdə biz fərqli bir dövlət qurmasına yol vermərik. Bunun adına “Paralel Dövlət” deyirlər. Heç fərq etməz. Bunların hamısı milli təhlükəsizliyimizə qarşı atılmış addımlardır”, - deyə Ərdoğan bildirib.

Daha sonra ölkə başçısı jurnalistlərə müsahibə verib:

-İncirlik bazasının açıldığı dilə gətirilir. Buna münasibətiniz necədir?

-Müəyyən bir çərçivə daxilində onlar da bu bazadan eyni şəkildə istifadə edəcək.

-“Bütün tədbirlər görüləcəkdir” dediniz. Dünən Hatayda bomba xəbərdarlığı edildi. Ümumi baxdıqda, vətəndaşlarda “müharibə başlayır” deyə narahatçılıq var...

-Mən vətəndaşlara qorxu atmosferi içərisində yaşamamağı tövsiyə edirəm. Biz hazırda çox fərqli bir mübarizəyə girmişik. Sonuna qədər nə lazımdırsa, edəcəyik. Vətəndaşımız dövlətinə inansın, güvənsin. Baxın Ceylanpınarda iki polisimiz, Diyarbəkirdə yol polisimiz şəhid edildi. Bu şəhidlərimizi niyə veririk? Şübhəsiz ki, dövlətimizin təhlükəzisliyi üçün bunlar şəhid olurlar. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, amma bunun bədəlini bu terror təşkilatları ödəyəcəklər. Bunu xüsusilə vurğulayıram. Bütün media da bizə bu işdə dəstək verməlidir. Vətəndaşlarımızı küçəyə dəvət edənlər qoy düşünsünlər. Bütün bunları nə üçün edirlər? Bunlar ölkəmizin ayrı-seçkiliyinə qarşı atılmış addımlardır. Biz bu ayrı-seçkiliyə imkan verməyəcəyik. Hər kəs qanunlar daxilində demokratik hüququndan istifadə edə bilər. Daxili təhlükəsizlik haqda qanun qəbul edildikdən sonra, hələ də üzləri qapalı, əlləri silahlı İstanbulda gəzirlər. Biz atılması lazım olan bütün addımları atacağıq.

-Bütün bu fövqəladə hadisələr hökumət qurma prosesinə təsir göstərirmi?

-Bu mövzuda görüşlərimiz bu gün də davam edir. Narahat olmayın, ölkə rəhbərsiz qalmayacaq.

-Hər cür addım atılacaq dediniz, amma xüsusi təhlükəsizlik toplantısından sonra “PKK-ya son dəfə tərkisilah çağırışı ediləcək” deyildi...

-Onların hamısı silahı buraxmaq istəyir. Əgər silahı buraxmasalar, son nəticəni göz önünə gətirsinlər. Vəziyyət bu qədər sadədir.

Şərhlər

Çox oxunanlar