Zakir Həsənov Şoyquya başsağlığı verdi

26.12.2016 16:03     Siyasi reaksiya     1039

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasında Tu-154 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb

"Rusiya Federasiyasının Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın, hərbçilərin, Aleksandrov adına mahnı və rəqs ansamblının üzvləri və digər mülki şəxslərin faciəvi şəkildə həlak olmaları xəbəri məni dərindən sarsıtdı.

Baş vermiş hadisə ilə əlaqədar həlak olanların ailələrinə, doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verir və Sizinlə birlikdə onların dərdlərinə şərik oluram".

Şərhlər

Çox oxunanlar