Bu ilki parlament seçkisi əvvəlkilərdən çox da fərqlənməyəcək

03.06.2015 17:01     Siyasi reaksiya     1160

Bunu “Reaksiya.az” - a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Söhrab Abdullayev deyib. Onun sözlərinə görə, BAXCP ciddi təkliflərlə çıxış etdi. Təəssüf ki, həm Avropa oyunları səbəbiylə, həm də bələdiyyə seçkiləri sonrası abu- hava hakimiyyətdə ciddi islahatlara maraq yaratmadı. Bu vəziyyət də ciddi dəyişiklik olmayacağı qənaətini ağla gətirir.

BAXCP-nin seçkidə iştirakına gəlincə S.Abdullayev qeyd edib ki, bizim partiya seçki partiyasıdır: “Əlbəttə ki, yüksək səviyədə iştirak edəcəyik. Avropa mühafizəkarlar ittifaqına namizədliyimizin müsbət həllinin yolunun açılması məsuliyyətimizi daha da artırdı. O ki, qaldı bloklara qatılmağımız, bu hələ ki, istisna deyil. Qərarı kollegial orqanımızda müzakirə edərək qəbul edəcəyik. Seçkilərə bütün bölgələrdən qatılmağı hədəf seçmişik”.

Şərhlər

Çox oxunanlar