İƏT-in baş katibi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib
28.12.2016 17:56 Siyasi reaksiya 1151
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni seçilmiş baş katibi Yusif Əl-Useymin xarici işlər naziri Elmar Məmmədyarova məktub ünvanlayıb.
Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məktubda yeni seçilmiş baş katib bu münasibətlə nazir Elmar Məmmədyarov tərəfindən göndərilmiş təbrik məktubuna görə təşəkkürünü bildirib və təşkilata rəhbərliyi dövründə İƏT ilə Azərbaycan arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Baş katib Yusif Əl-Useymin məktubunda İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha vurğulayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıb və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
Şərhlər