Akif Nağı saxlanıldı - YENİLƏNİB

28.12.2016 21:10     Siyasi reaksiya     1258

"Reaksiya.az" xəbər verir ki, axşam saat 19:00 radələrində Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və QAT Ali Məclisinin üzvü Seymur Muradov yolda saxlanılaraq, Dövlət Təhlükəsizlik Xidmətinə aparılıblar. Bu barədə "Reaksiya.az" - a açıqlama verən QAT Ali Məclisinin sədri Barat Abbasoğlu artıq bir neçə saatdır ki, Akif Nağıdan xəbər olmadığını bildirib, əlavə edib ki, QAT bir neçə gün bundan əvvəl Eynulla Fətullayevin rəhbəri olduğu saytda ermənilərin çalışmasına öz etirazını bildirmişdi. 

Akif Nağı ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarına cavab vermədi.

***

21:35

 

Qeyd edəki ki, QAT Sabunçu Rayon Təşkilatının sədri Elşad Əliyev də DTX Sabunçu rayon idarəsinə aparılıb

 

Günel Mehdi

Reaksiya.az

Şərhlər

Çox oxunanlar