Akif Nağı sərbəst buraxılıb

28.12.2016 23:03     Siyasi reaksiya     1345

Xəbər verdiyimiz kimi bu gün axşam saat 19:00 radələrində saxlanılan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və QAT Ali Məclisinin üzvü Seymur Muradov artıq sərbəst buraxılıblar. Bu barədə QAT sədri A.Nağı “Reaksiya.az” – a ekzklüziv açıqlamasında bildirib. Akif Nağı bildirib ki, hal – hazırda saxlanılan daha iki QAT üzvünün sərbəst buraxılmasını gözləyirlər: “Bir neçə gün öncə keçirdiyimiz aksiya ilə bağlı izahatımız alındı. Biz də hər zaman dövlətimizin, dövlətçiliyimizin mövqeyini müdafiə etdiyimizi dedik. Daha sonra DTX – in rəisi Mədət Quliyev bizi qəbul etdi. Aksiyanın keçirilmə səbəbləri ilə maraqlandı. İzahatımız alındıqdan sonra sərbəst buraxıldıq”.

Şərhlər

Çox oxunanlar