Zaxarova: Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü konstruktiv keçib

27.01.2017 12:37     Siyasi reaksiya     1130

Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasındakı görüş konstruktiv keçib.

Trend-in məlumatına görə, bunu Moskvada brifinq zamanı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, görüş zamanı Dağlıq Qarabağla bağlı konkret təkliflər və danışıqların istiqaməti müzakirə olunub.

M.Zaxarova onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya tərəfinin nümayəndələri ilə görüşlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, E.Məmmədyarov yanvarın 24-ü Moskvaya işgüzar səfəri çərçivəsində rusiyalı həmkarı ilə görüşmüşdü.

Reaksiya. az

Şərhlər

Çox oxunanlar