Olland: Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə xüsusi məsuliyyət daşıyır

10.02.2017 11:59     Siyasi reaksiya     1130

Fransa ABŞ və Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə xüsusi məsuliyyət daşıyır.

Bunu Fransa Prezidenti Fransua Olland Fransa erməni təşkilatlarının Əlaqələndirmə Şurasının üzvləri ilə görüşündə deyib.

Prezident qeyd edib ki, Dağlıq Qarabağda hər gün insanlar ölür: "Biz qarşıdurmanın qarşısını almaq üçün fəaliyyət göstərməliyik".

F.Olland Ermənistan Prezidenti Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Parisə dəvət etdiyini bildirib. S.Sarkisyanın martın 8-də Fransaya səfər edəcəyi gözlənilir.

Reaksiya. az

Şərhlər

Çox oxunanlar