Osman Gündüz: “Avropa Oyunları ərəfəsində kiberhücumlar gözləniləndir”

03.06.2015 18:26     Siyasi reaksiya     897

“Bakı-2015” I Aropa Oyunları ərəfəsində Azərbaycanın hökumət və qeyri-hökumət saytlarına qarşı kiberhücumlar gözləniləndir. Bunu Reaksiya.Az-a açıqlamasında ekspert, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, əraziləri işğalda və müharibə şəraitində olan bir ölkə kimi. Azərbaycanın da internet məkanına qarşı kiberhücumların təşkili istisna olunmur: “Dünya təcrübəsi də göstərir ki, bu cür yarışlar təşkil olunan zamanı müəyyən ölkələrin, şirkətlərin və tanınmış şəxlsərin müxtəlif saytları kiberhücuma məruz qalır və xakerlər həmin hadisələr zamanı təxribatlar törətməyə çalışır”. “Lakin aidiyyatı olan qurumların verdiyi açıqlama və bəyanatlardan belə qənaətə bilərik ki, artıq bu istiqamətdə ciddi təhlükəsizlik tədbirləri görülür. Müəyəyn profilaktik tədbirlər görülür, saytların möhkəmliyini sınaqdan keçirilmək üçün simulyasiyalar həyata keçirilir. İnanıram ki, Azərbaycan internet məkanında ciddi problemlər yaşanmayacaq”.

Rüfət 

Reaksiya.Az

Şərhlər

Çox oxunanlar