ABŞ PKK-nı terror təşkilatı adlandırdı

26.07.2015 18:21     Siyasi reaksiya     2361

Ağ Ev Kürd Fəhlə partiyasını (PKK) terrorçu təşkilat adlandırıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Məlumata görə, ABŞ rəhbərliyi Türkiyənin İŞİD-ə qarşı mübarizəsini də dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, Türkiyə qırıcıları İraqın şimalındakı kürd, Suriyadakı isə İŞİD yaraqlılarının mövqelərini bombalayıb.

Türkiyənin baş naziri Əhməd Davudoğlu jurnalistlərə verdiyi müsahibəsində belə əməliyyatların davam etdiriləcəyini vurğulayıb. 

Şərhlər