Məmmədyarov Çavuşoğlu ilə görüşdü

22.02.2017 12:41     Siyasi reaksiya     1071

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Bu barədə Çavuşoğlu öz “Twitter” səhifəsində yazıb. 

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankara şəhərində keçiriləcək “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə gedib. 

Konfransın açılış panelində Türk Şurasının Baş katibi Ramil Həsənov, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu, eləcə də Türkiyə Baş nazirinin köməkçisi Toğrul Türkeşin çıxışı nəzərdə tutulub. 

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun ikitərəfli görüşləri planlaşdırılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar