Bayram Səfərov: “Ermənilərlə qonşu olmağa məcburuq”
24.02.2017 13:11 Siyasi reaksiya 1835
"Biz ermənilərlə qonşu olmağa məcburuq. Amma bizim gənclərimiz ermənilərin xalqımızın başına gətirdikləri faciələri unutmamalı, Qarabağın tarixini dərindən öyrənməlidir".
APA-nın xəbərinə görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
B. Səfərov bildirib ki, əli azərbaycanlıların qanına batan Serj Sarkisyanı, Robert Köçəryanı gələcəkdə Azərbaycana elə ermənilərin özləri təhvil verəcək.
Şərhlər