Tarazlıqlar dəyişib... - Putindən Rusiyaya yeni "dəniz doktrinası"

27.07.2015 11:26     Siyasi reaksiya     2588

Rusiyanın 2001-ci ildə elan etdiyi milli dəniz doktrinası sənədi, xüsusilə Qaradənizdə ortaya çıxan yeni prioritetlərə uyğun olaraq yenilənib. Rusiya prezidenti Putin Rusiya Hərbi Dəniz Qüvvələri Donanması Günü dolayısı ilə şimaldakı Baltiysk limanındakı mərasimdə iştirak edib doktrina dəyişikliyini açıqlayıb. Hədəf dünya dənizlərində Rusiyanın təsirini artırmaqdır.
Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, dəniz doktrinasındakı dəyişiklik Krımın Rusiyaya bağlanmasının, Antarktikadakı təbii ehtiyatları üzərində fərqli ölkələrin haqq iddialarının və NATO-nun Şərqə doğru genişlənməsində təsirli olacaq.
Yeni doktrinaya dörd prioritet mövzu kimi  hərbi dəniz fəaliyyətləri, dəniz səfərləri, dəniz elmi və böyük okean bölgələrində təbii axtarışlar.
Qara dəniz də xüsusilə Krımın təhlükəsizliyi və əsas quru ilə əlaqənin yaradılması prioritetlər arasındadır. Ayrıca Çin və Hindistan dənizlərdə əməkdaşlığı artırılacaq ölkələr kimi vurğulanır.

Şərhlər

Çox oxunanlar