Cəmil Həsənli: "Milli Şurada hələ yeni mitinq müzakirəsi yoxdur"
03.06.2015 19:08 Siyasi reaksiya 1071
Milli Şuranın Koordinasiya Mərkəzinin son iclasında yeni mitinqin keçirilməsi barədə müzakirə olmayıb.
Bu barədə Reaksiya.Az-a açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli bildirib.
O qeyd edib ki, son iclasda ölkədəki ictimai-siyasi vəziyyət, cari məsələlər müzakirə olunub.
"İctimaiyyət tərəfdən yeni mitinq çağırışları olarsa, o zaman müzakirə edərik. Son mitinqi mayın 30-da keçirmişik. Qanuna görə, beynəlxalq tədbirlər zamanı mitinq keçirmək olmaz. İyunun 12-dən 28-dək isə Bakıda Birinci Avropa Oyunları keçiriləcək. Biz qanuni fəaliyyət göstəririk. İcazəsiz aksiya təşkil etmirik. Ondan əvvəl və sonra mitinq keçirib-keçirməyəcəyimiz barədə hələ müzakirə yoxdur".
Rüfət
Reaksiya.Az
Şərhlər